Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofisində "Beynəlxalq münasibətlər və Diplomatiya klubu" layihəsi çərçivəsində növbəti tətbiqi mühazirə keçirilib. SİA-nın məlumatına görə, mühazirənin müzakirə mövzusu "Dövlət siyasətinin beynəlxalq aləmdə təbliği" idi. Mühazirənin qonağı Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru, Strasburq Universitetinin doktoru, Strasburq-Azərbaycan evinin həmtəsisçisi və idarə heyyətinin üzvü Vazeh Əsgərov olub. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyi Ofisinin koordinatoru Əli Qənbərli gənclərə dövlət siyasəti, Azərbaycan həqiqətlərinin dünyada təbliği, xarici siyasətin mahiyyəti haqqında məlumat verib.
Sonra çıxış edən Vazeh Əsgərov Azərbaycanın diaspora sahəsində gördüyü işlər, bu fəaliyyətin hansı istiqamətdə qurulması, dünyanın müxtəlif ölkələrində ölkə gənclərinin fəallığı haqqında ətraflı məlumat verərək, hər bir Azərbaycan gəncini fərdi və toplum halında fəaliyyət göstərməyə çağırıb. Sonra tədbir diskussiya formatında davam etdirilib.
Qeyd edək ki, YAP Gənclər Birliyinin Ofisində fəaliyyət göstərən "Beynəlxalq münasibətlər və Diplomatiya klubu" layihəsi 3 ay davam edəcək. Layihənin sonunda iştirakçı gənclərə YAP Gənclər Birliyi tərəfindən diplomlar təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB