Gənclər Azərbaycan Prezidentinə müraciət etdilər

Gənclər Azərbaycan Prezidentinə müraciət etdilər

Bu gün YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Milli Məclisin deputatı Kamilə Əliyeva, " Yeni Azərbaycan " qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatınını məsul işçisi Emin Abbasov, Gənclər Birliyinini Şura və İdarə Heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarından seçilmiş nümayəndələr, partiya fəalları, cəmi 250 nəfər nümayəndə iştirak edirdilər. İlk öncə Ulu Öndərin abidəsi ziyarət olunub. Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə konfrans açıq elan olunub.

Konfransın gündəliyinə 3 məsələ qoyulub:

Gənclər Birliyinin sədrinin hesabat məruzəsinin dinlənilməsi.

Təşkilati məsələlərə baxılması.

YAP Gənclər Birliyinin Respublika Konfransına nümayəndələrin seçilməsi

Konfransı YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov açıq elan edib. Əvvəlcə YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin sədri Ramin Həsənov hesabat məruzəsilə çıxış edib. Konfransda Zaqatala Rayon İdman Gənclər İdarəsinin rəisi Araz Əliyev, Humanitar fənlər gimnaziyasınını müəllimi İranə Əlizadə, Zərifə Əliyeva adına liseyin müəlliməsi Aytən Məmmədova geniş məruzə ilə çıxış ediblər.

Konfransın davamında Gənclər Birliyinin Şura üzvləri, İdarə heyətinin üzvləri, sədr və müavinləri seçilib.

Çixış üçün söz qonaqlara verilib. Çıxış edən millət vəkili Kamilə Əliyeva, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatınını məsul işçisi Emin Abbasov, icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə respublikada gənclərə göstərilən qayğıdan, gənclər üçün qəbul olunan qanunlardan, "Azərbaycan gəncliyinin 2015-2025-ci illərdə inkişaf strateqiyası Dövlət Proqramı"ndan və gənclərin qarşısında duran vəzifələrdən geniş və ətraflı məlumat veriblər.

Konfransın qətnaməsi qəbul edilib.

Sonda Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.

Bununlada YAP Zaqatala rayon təşkilatının Gənclər Birliyinin IV konfransı işini bitmiş hesab edib.

Bütün xəbərlər Facebook səhifəmizdə