Fəzail İbrahimli: “Qərar Avropa dövlətlərinin də münasibətlərinə təsir göstərə bilər” RƏY
"İsrail rəsmilərinin Xocalı soyqırımı barədə fikir bildirmələri Azərbaycan dövlətinin, Azərbaycan dövlət başçısının, "Xocalıya Ədalət!" kampaniyasının apardığı uğurlu işlərin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələrinin nəticəsi, hər bir azərbaycanlının uğuru olmaqla yanaşı eyni zamanda ədalətli mövqedir: "İsrail dünyada kifayət qədər söz sahibi olan, güclü dövlətdir. Təbii ki, bu hadisə digər dövlətlərın Xocalı ilə bağlı münasibətlərinə müəyyən dərəcədə təsir göstərəcək. Təsir etməsə belə, bu addım çox uğurludur. Artıq dünyanın bir çox yerlərində Xocalı soyqırımı ilə bağlı görülən işlər uğurlu nəticə verir. Güman edirəm ki, bu hadisə Avropa dövlətlərinin də Xocalı ilə bağlı münasibətlərinə xeyli təsir göstərə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB