Mübariz Qurbanlı: “Azərbaycan radikal dini qruplar üçün meydan deyil”

Mübariz Qurbanlı: “Azərbaycan radikal dini qruplar üçün meydan deyil”

"Azərbaycanda radikal dini qruplara qarşı bütün istiqamətlərdə - ideoloji, iqtisadi, inzibati və s. mübarizə aparılır". Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı son illərdə dini radikalizm və vəhabiliyin aradan qaldırılması istiqamətində qurumun gördüyü işlərə münasibət bildirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, DQİDK tərəfindən aparılan mübarizə bütövlükdə ictimai-siyasi, iqtisadi sabitliyimizi və milli maraqlarımızı qorumaq üçün edilir: "Azərbaycan radikal dini qrupların meydan açacağı yer deyil. Azərbaycan xalqı, cəmiyyət və qanunlar da onları birmənalı şəkildə inkar edir. Bu mənada radikal dini qrupların burada ayaq açması, meydan sulaması mümkün deyil. Biz bunları tam aradan qaldıracağıq. Dinimiz, İslami dəyərlərimiz Azərbaycan dövləti, Qafqaz Müsəlmanları İdarəsi, DQİDK və xalq tərəfindən qorunur. Lakin dinimizə, milli adət-ənənələrimizə zidd olan nə varsa, biz onları aradan qaldıracağıq və fəaliyyətinə imkan verməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə