"Dünən və bu gün keçirilmiş danışıqlarda Xəzər dənizinin statusu üzrə konvensiyanın bəndlərinə və Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyannəməsinə dair geniş müzakirələr aparılıb. Razılaşdırılmış məqamlar arasında ekoloji problemləri, dənizin su məkanının istifadə edilməsini göstərib". SİA-nın məlumatına görə, bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupun 39-cu iclasının yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir müavini ümid edir ki, qısa müddət ərzində konvensiya üzərində bütün işlər başa çatdırılacaq və bu Astanada növbəti sammitdə qəbul ediləcək: "Dənizin hüquqi statusu ilə bağlı məsələlər və bununla əlaqədar bütün prinsipial məsələlərin razılaşdırılması bütün beş ölkə üçün prioritetdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB