Mustafa Hacıbəyli: “Dialoqla bağlı müəyyən təkliflər vermişik” AÇIQLAMA
"Bu məsələdən məlumatım yoxdur. Son həftə ərzində Müsavat Partiyasının bir sıra rayon təşkilatlarında müşavirələr keçirilib və o müşavirələrdə Divan üzvləri iştirak ediblər". Sözügedən fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli rayon təşklilatlarının buraxılması, istefaya gedənlərin isə ADR Hərəkatına və AzDP-yə üzv olmalarına aydınlıq gətirərkən deyib.
Mustafa Hacıbəyli Müsavat Partiyasının iqtidar-müxalifət dialoqunun növbəti raundunda iştirak edəcəklərini də istisna etməyib: "Müsavat Partiyası iqtidar-müxalifət dialoqu ilə bağlı rəsmi açıqlama verilərək müəyyən məqamlara toxunmuşuq. Dialoqa hər zaman açıq olduğumuzu demişik. Eyni zamanda, dialoqun formatı ilə bağlı müəyyən təkliflərimizi də vermişik. Yəni bu partiyamızın rəsmi mövqeyidir".
Müsavatın hazırkı fəaliyyətinə və gələcək taleyinə də münasibət bildirən Mustafa Hacıbəyli qeyd edib ki, rayon təşkilatlarında təşkilatlanma işləri davam edir: "Partiyada toparlanma və parlament seçkilərinə hazırlıq işləri gedir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB