"Azərbaycanda aşırı radikal dini qrupların faəliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə işlər gedir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda aşırı radikal qrupların, dini qrupların faəliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə işlər gedir və işlərin aparılması davam edəcək: "Azərbaycan İslam ölkəsidir, İslami dəyərlərimiz var. Nəsildən-nəslə ötürülən İslami dəyərlərimizi biz qorumalıyıq. Biz ölkəmizdə hansısa radikal qrupların fəaliyyət göstərməsinə imkan verməyəcəyik. Çünki bu, cəmiyyətin istəyidir. Radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması üçün çox böyük işlər aparılıb. Bu işlər müsbət nəticələr verir. Bu yöndə MTN-nin, hüquq mühafizə orqanlarının, ideoloji qrumların apardığı işlər müsbət nəticə verib və bu işlər bir an belə dayandırılmayacaq. Həmin radikal qrupların tam aradan qaldırılması üçün bu işlər davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB