Konfrans iştirakçıları konfrans başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin ruhuna öz ehtiramlarını bildiriblər. SİA-nın verdiyi məlumata görə, konfransı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri C.Yusubov konfransın gündəliyi haqqında məlumat verərək bildirib ki, hazırda YAP Mingəçevir şəhər təşkilatının 6734 nəfər üzvü var, onlardan 2786 nəfərini gənclər təşkil edir. Rayon təşkilatının 56 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: 1993-cü ilin 13 fevralında yaradılmış YAP Mingəçevir şəhər təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bu da Mingəçevir şəhərində əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir.
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən şəhər təşkilatı GB-nin sədri Bəxtiyar Mustafayev hesabat dövründə görülən işlərdən danışıb.
Sonra hesabat ətrafında çıxışlar olub.
Çıxış edən YAP Mingəçevir şəhər təşkilatı GB-nin üzvləri Lamiyə İbrahimova, Emin Paşayev və Elxan Cəfərov çıxış edərək, III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra təşkilati işlərə baxılıb. YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib.
Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Bəxtiyar Mustafayev YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri, Ülviyyə Hüseynova və Eldar Dərişov sədrin müavinləri seçiliblər.
YAP Mərkəzi aparatının məsul nümayəndəsi Araz Xudadanaov və Respublika YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gənclər Birliyinin çoxşaxəli fəaliyyətindən, həyata keçirilən uğurlu layihələrdən ətraflı söz açıb. Həmçinin YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətini qənaətbəxş hesab edərək qarşıda daha böyük işlər görüləcəyinə inandığını qeyd edib. Sonda yeni seçilən idarə heyyətinə, sədr və müavinlərə uğurlar arzu edib, bundan sonrada YAP Gənclər Birliyi olaraq şəhər təşkilatı gənclərinə hərcür dəstək olacalarını vurğulayıb.
Çıxış edənlər bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Yeganə milli siyasi qüvvə olan YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığı bildirilib.
Çıxışlardan sonra konfrans işini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB