Prezidentlər geniş tərkibdə görüşdülər

Prezidentlər geniş tərkibdə görüşdülər

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə