Millət vəkili: “Bolqarıstan Azərbaycanın yaxın dostlarından biridir” AÇIQLAMA
"Bolqarıstan Azərbaycanın strateji və tarixi yaxın dostlarından biridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinə münasibət bildirərkən deyib.
YAP Siyasi Şurasının üzvünün sözlərinə görə, Bolqarıstan-Azərbaycan arasında hələ Sovet dönəmində Ümummilli Liderin Heydər Əliyevin Azərbaycana, Georgi Pırvanovun isə Bolqarıstana rəhbərlik etdiyi dövrlərdən çox sıx münasibətlər olub: "Azərbaycan turistlərinin SSRİ dönəmində ən çox səfər etdiyi ölkələrdən biridə məhz Bolqarıstan olub. Bu dövlət Azərbaycan qarşı həmişə obyektiv mövqe tutan ölkələrdən biri olub. Bolqarıstan-Azərbaycan xalqları, hökumətləri arasındakı münasibətlər, eyni zamanda bizim iqtisadi, mədəni münasibətlərimiz və bu münasibətləri daha da sıxlaşdırır. Eyni zamanda Bolqarıstan Avropa Birliyinə üzv ölkələrdən biridir. Bu dövlət Avropa Birliyinin müəyyən tədbirlərində siyasi, iqtisadi və və s. qərarların qəbul olunmasında Azərbaycana dəstək verən ölkələrdən biridir. Təbii ki, bundan sonra da o dəstəklər göstəriləcək".
Deputat bildirib ki, Azərbaycan enerji ehtiyyatlarının, potensialının Avropaya çatdırılmasında da Bolqarıstanın çox mühüm rolu var: "Bu dövlət həm də Azərbaycanın neft-qaz sektorundan istifadə olunmasında maraqlı ölkələrdən biridir. Buna görə də bizim Bolqarıstanla istənilən münasibətlərimizin hər iki ölkəyə xeyri var. Təbii ki, burada müəyyən bəyanatlar veriləcək və qarşılıqlı qərarlar da qəbul olunacaq və s. Bu həm Azərbaycan, həm də Bolqarıstan xalqı üçün çox əhəmiyyətli bir səfərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB