"Xəzərin hüquqi statusu ilə bağlı keçirilən görüşlərdə qərarlar qəbul olunmur daha çox mövqelər razılaşdırılır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı keçirilən son sammitdə müəyyən irəliləyişlərin olduğu bildirilirdi: "İndiki şəraitdə isə son zirvə görüşündən sonra həm beynəlxalq vəziyyət dəyişib, həm də Xəzər bölgəsindəki regional vəziyyət dəyişib. Bu baxımdan da danışıqlarda yeni məqamların ortaya çıxması da mümkündür. Bu proseslər əsasən Rusiya və İranın nümayiş etdirəcəyi mövqedən asılıdır. Əslində İran daha öncə göstərdiyi beynəlxalq hüquq normalarına zidd olan mövqeyindən əl çəkərsə və regionda sülhün, sabitliyin qorunub saxlanılmasında prinsipial mövqe nümayiş etdirərsə güman edirəm ki, danışıqlarda kifayət qədər ciddi irəliləyişlərə nail olmaq mümkün olacaq. Amma əks təqdirdə bu görüş də digər toplantılar kimi yadda qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB