"Satış vəziyyətimiz yaxşı deyil. Əgər nəşriyyat qiymətləri, yəni çap xərclərini qaldırsa, qəzetin qiymətini qaldırmağa məcbur olacağıq". Bu fikirləri SİA-ya "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetin hazırkı vəziyyətinə münasibətini bildirərkən deyib.
Baş redaktor nəşriyyatın 20 % qiymət artımının rəsmiləşmədiyini də deyib: "Dünən nəşriyyatdan qiymətlərdə 20 faiz dəyişklik edilməsi barədə şifahi anons verilsə də, hələ ki, rəsmi bildiriş almamışıq. Digər yerlərdən maliyyə qaynağımızın olmadığı üçün qiymətlərdə hər hansı bir dəyişklik edilərsə, o zaman biz də məcburən qəzetin qiymətini qaldıracağıq".
Rauf Arifoğlu "Yeni Müsavat"ın yazılı variantından daha çox onlayn variantının baxıldığını da istisna etməyib: "Bundan sonra qəzetin onlayn variantına təbii ki, daha çox maraq yaranacaq. Ümummilli əhəmiyyət kəsb edən, hər kəsin marağına aid olan mövzular gündəmə gələndə istər-istəməz mediaya diqqət artır. Son günlərdəki proseslərdən sonra "müsavat.com" saytının unikal girişləri təxminən 15-17 faiz artıb. Bu isə bizim üçün yüksək göstəri sayıla bilər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB