Xüsusi işçi qrupun 39-cu iclası öz işinə başlayıb YENİLƏNİB

Xüsusi işçi qrupun 39-cu iclası öz işinə başlayıb YENİLƏNİB

Bu gün Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, İran İslam Respublikasının (İİR) xarici işlər nazirinin müavini, Xəzər dənizi üzrə məsələləri üzrə İİR-nın mütəxəssisi İbrahim Rəhim Pur, Qazaxıstan XİN-in xüsusi məsələlər üzrə səfiri Zülfiyyə Altanseva, Rusiya prezidentinin prezintasiya və delimitasiya üzrə nümayəndəsi İqor Brotçikov, Türkmənistan prezidneti yanında Xəzər dənizi məsələləri üzrə idarənin rəhbəri Murad Atadjanov və digər rəsmilər iştirak edib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov iclası açıq elan edərək deyib ki, Azərbaycan Xəzər dənizinin statusu haqqında məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həllinin tərəfdarıdır: "Ümid edirəm ki, prezidentlərin Həştərxan sammitində razılaşdırdıqları bəyanatların prinsipləri Konvensiyanın razılaşdırılması zamanı nəzərə alınacaq. Mәn tәrәflәr arasında regional sabitlik, tәhlükәsizlik vә Xәzәrdә iqtisadi fәaliyyәtlә əlaqədar qarşılıqlı etimadın vacibliyini qeyd etmәk istәrdim. Xəzər dənizi nəqliyyat dəhlizlərində və bir sıra beynəlxalq layihələrdə vacib rol oynayır. Bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Әrzurum qaz xәttini qeyd etmәk istәyirәm. Bu layihələr ölkələrin iqtisadi inkişafı və rifahının artmasına təkan verəcək".

Qeyd edək ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclasına sabah yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə