"Ermənistana gedən əcnəbilərin aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparılmasının qarşısını almaq üçün Azərbaycan diasporası xaricdə ölkəmizin ərazisinin tanıdılması istiqamətində fəallıq göstərməli, informasiyalar yaymalı və bu yöndə müəyyən işlər görməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistana gedən xarici vətəndaşların heç birisi orada aldadılmır. Onlar bilə-bilə Azərbaycanın işğal olunmuş torpaqlarına gedirlər: "Həmin əcnəbilər özlərini aldadılmış kimi qələmə verirlər. Əslində isə Ermənistana gələn hər bir xarici ölkə vətəndaşına bələdçilər əvvəlcədən gedəcəyi yerlər barədə məlumat verir və onların gedəcəyi marşrutlar xəritə vasitəsilə müəyyən olunur. Onu da qeyd edim ki, həmin ərazilərə təkcə turistlər hətta bir sıra iri dövlətlərin parlament üzvləri, konqresmenləri, iş adamları, rəsmi şəxsləri də gəlirlər. Onlar bilirlər ki, getdikləri yer əslində Azərbaycan ərazisidir. Azərbaycan 20 ildən çoxdur bu kimi addımların qarşısını almaq üçün müvafiq beynəlxalq qurumlara müraciətlər edir. Lakin bu gün Azərbaycanın həmin səfərlərin qarşısını almaq mexanizmi yoxdur. Bu cür addımların qarşısını almaq üçün Azərbaycanın yeganə yolu var. Bu yol da məhz işğal altında olan torpaqların azad olunmasıdır. Hazırki şəraitdə də bu mümkün olmadığı üçün Azərbaycan BMT, ATƏT, Avropa Şurası kimi bir çox beynəlxalq quruma müraciət edir ki, bu kimi hadisələrin qarşısı alınsın. Ancaq çox təəssüflər olsun ki, həmin təşkilatlar da ikili standartlardan çıxış edir. Ümumiyyətlə bu cür mövqe ikiüzlülükdən, riyakarlıqdan başqa bir şey deyil. Əminliklə deyə bilərəm ki, bizim torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz tam təmin olunacaq və ondan sonra da həmin ərazilərə gəlmək istəyən əcnəbilər də birbaşa Azərbaycandan icazə alacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB