Akif Nağı: “Dağlıq Qarabağda seçkilər keçirilsə, danışıqlar dayandırılmalıdır”

Akif Nağı: “Dağlıq Qarabağda seçkilər keçirilsə, danışıqlar dayandırılmalıdır”

"Dağlıq Qarabağda mayın 3-nə təyin olunan qondarma parlament seçkiləri növbəti erməni təxribatıdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, bu addım ermənilərin öz iddialarını yerinə yetirmək cəhdidir: "Onlar heç nəyə baxmırlar, dünyaya, beynəlxalq təşkilatlara meydan oxuyurlar. Eyni zamanda sülh danışıqlarını tamamilə mənasızlaşdırırlar. Bütün bunlar Azərbaycana əsas verir ki, öz mövqelərini kəskin, radikal şəkildə ortaya qoysun. Hesab edirəm ki, Azərbaycan bununla bağlı beynəlxalq təşkilatları qarşısında məsələ qaldırmalıdır. Əgər o seçkilər keçiriləcəksə Azərbaycan sülh danışıqlarını dayandırmalıdır. Eyni zamanda vasitəçilərin vasitəçiliyindən imtina etməlidir. Şərt qoymalıdır. Çünki doğrudan da onlar bu məsələni dinc yolla nizama salmaq istəyirlərsə, beynəlxalq təşkilatların fikri ciddidirsə, azacıq da olsa obyektiv yanaşmaq istəyirlərsə, bu proseslərə yol verməməlidirlər".

"Dağlıq Qarabağdakı qondarma erməni rejimindən söhbət belə gedə bilməz. Dağlıq Qarabağdakı qondarma rejimi Ermənistan yaradıblar. Ona görə də Ermənistan qarşısına beynəlxalq təşkilatlar şərt, tələb qoymalıdırlar. Belə bir mövqedən Azərbaycan çıxış etməlidir. Əgər Ermənistan işğal olunmuş ərazilərdə bu cür hərəkətlərə yol verərsə, danışıqları davam etdirməyin heç bir əhəmiyyəti yoxdur". - QAT sədri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə