Vüqar Əsgərov: “Bu addım erməniləri cəbhə xəttində zəiflədir”

Vüqar Əsgərov: “Bu addım erməniləri cəbhə xəttində zəiflədir”

"Rusiyanın Ukraynada hərbi əməliyyatlar apardığı bir vaxtda Ermənistan təxribatçı qruplarının cəbhə xəttində atəşkəs rejimini pozması heç də təsadüfi deyil. Ermənilər bununla Azərbaycan tərəfinə Rusiya hərbisinə arxalanmadığını sübut etməyə çalışmaqla yanaşı, həm də psixoloji üstünlük qazanmağa çalışırlar. Lakin bu imitasiyadan başqa bir şey deyil. İstər fiziki, istər psixoloji baxımdan Azərbaycan Silahlı Qüvvələri erməni hərbçilərindən dəfələrlə üstündür".

Bu fikirləri SİA-ya açıqlamasında ekspert Vüqar Əsgərov bildirib. Son günlər cəbhə xəttində ermənilərin atəşkəs rejimini mütəmadi olaraq pozmasına münasibət bildirən ekspert əlavə edib ki, Rusiyanın Ukraynada uğursuz əməliyyatlarında ən çox qorxan Ermənistandır: "Çünki Ermənistanın mafioz siyasi elitası özlərini açıq şəkildə Rusiyanın qulu kimi təqdim edirlər. Ancaq fakt budur ki, Ermənistanın təxribatçı kəşfiyyat-diversiya qrupu sabitliyi pozmaqla özləri itki verirlər və zaman göstərir ki, bu ermənilərin cəbhə xəttində günbəgün zəifləməsi ilə nəticələnir".

Bütün xəbərlər Facebook səhifəmizdə