Alpay Əhmədov: “Ukrayna hadisələrindən sonra hər şey aydın oldu” MÜNASİBƏT

Alpay Əhmədov: “Ukrayna hadisələrindən sonra hər şey aydın oldu” MÜNASİBƏT

"Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri və bu səfərdən gözləntilərlə bağlı ortada konkret yeni plan yoxdur". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.

Politoloqun sözlərinə görə, Ukraynadakı hadisələrdən sonra bir daha aydın oldu ki, Qərbin keçmiş post-Sovet məkanında münaqişələri həll etmək mexanizmi əvvəl mümkün görünürdüsə, hazırda bu mümkünsüzdür: "Hətta deyərdim ki, bu, çox uzaq görünür. Hesab edirəm ki, həmməruzəçilərin səfəri sırf formal və kvartal xarakteri daşıyır. Əvvəl səfər proqramının hansısa bir rasional əsası olurdu. Amma son 2 ildə Yenilənmiş Madrid prinsiplərinin həyata keçirilməsi ilə bağlı faktiki olaraq heç bir prespektivlər yoxdur".

A.Əhmədov bildirib ki, onların bu səfəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə gətirib çıxarmayacaq: "Hesab edirəm ki, bu onların sıradan bir səfəridir. Əslinə qalsa onların indiki halda formatına heç bir ehtiyac yoxdur. Heç kimə sirr deyil ki, burada əsas günahkar tərəf Ermənistan və onlara havadarlıq edən məlum dövlətlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə