"İslahatçı Gənclər" İctimai Birliyi İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Xocalı soyqrımının 23-cü ildönümü ərəfəsində Türkiyəninin İstanbul şəhərində "Xocalıya Ədalət" həftəsi keçirib. SİA-nın xəbərinə görə, səfər çərçivəsində Türkiyənin Yeni Yüzyıl, Kadir Has, Beykent universitetlərində Xocalı soyqrımına hüquqi, tarixi və beynəlxalq münasibəti əks etdirən konfranslar təşkil olunub. Konfranslarda "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşca, Əməkdar artist Aybəniz Haşımova, Xocalı faciəsinin canlı şahidləri Xəzangül Əmirova, Nicat Həsənov və digər türkiyəli ekspertlər çıxış ediblər.
Həmçinin, İstanbulun SultanAhmed meydanında Xocalı dəhşətlərini əks etdirən fotosərgi də gerçəkləşdirilib. Fotosərgidə Türkiyə vətəndaşlarına və xarici qonaqlara Xocalı dəhşətləri haqqında məlumat verilib, ingilis və türk dillərində mindən çox məlumat vərəqi paylanılıb.
İstanbul Türk Ocağında baş tutan bağlanış mərasimində "Xocalıya Ədalət" həftəsinə yekun vurulub.




İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB