"Ermənistan müxalifətinin keçirdiyi aksiyalar idarəolunan aksiyadır. Həmin aksiyalar sadəcə olaraq diqqəti əsas məsələlərdən yanındırmaq üçündür". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Ermənistan müxalifətinin ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməsinə və işğalçı ölkənin 3 əsas müxalifətinin hələ də biraraya gəlməməsinə münasibət bildirərkən deyib.
Müstəqil hərbi ekspertin sözlərinə görə, guya bu aksiyalar 2008-ci ildə qətlə yetirilən ermənilərin xatirəsinə həsr olunub: "Əslinə qalsa, bu aksiya Serj Sarkisyan hakimiyyətinin devrilməsinə hesablanıb. Düşünmürəm ki, bu aksiyalar hansısa bir nəticəyə gətirib çıxaracaq. Çünki Ermənistandakı vəziyyətə daha çox onun hüdudlarından kənar yəni Rusiya nəzarət edir. Ona görə də hesab edirəm ki, sözügedən aksiyalar ortada nəticə olmadan yekunlaşacaq. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı Azərbaycanın atmaq istədiyi addımlar, o cümlədən Azərbaycan Prezidentinin tutduğu prinsipial mövqe Ermənistanda müəyyən gərginliklərə gətirib çıxarır. Baxın, Ermənistan silahlı qüvvələrinin 2 əsgəri məhv edilib. Həmin əsgərlər DQ ətrafında dünyalarını dəyişiblər. Əlbəttə ki, Ermənistanın daxilində də bu məsələlər qaldırılıb ki, guya Ermənistan əsgəri rəsmi İrəvanda deyil, hansısa ölkə hüdudlarından kənarda dünyasını dəyişib".
Ü.Cəfərov hesab edir ki, nə qədərki bu hadisələr ermənilər tərəfindən davam edəcək, onlar öz layiq olduğu cəzanı da alacaqlar: "Bizim Ermənistanın ərazisi ilə bağlı heç bir iddiamız yoxdur və ola da bilməz. Yəni Ermənistanın daxilində olan vəziyyət onu deməyə əsas verir ki, əgər Sarkisyan rejimi müəyyən çabalar göstərsə yəqinki onların havadarları tərəfindən müəyyən qərar veriləcək. Düşünmürəm ki, idarə olunan Ermənistanla bağlı Moskva qərar qəbul edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB