Əli Orucov: “Ümumiyyətlə daimi heç nə yoxdur” AÇIQLAMA

Əli Orucov: “Ümumiyyətlə daimi heç nə yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə gənclərin fəaliyyətinə geniş yer verilməlidir ki, onlar öz potensialını ortaya qoysunlar". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov AXCP sədri Əli Kərimlinin partiyada fəaliyyət göstərən gəncləri oradan uzaqlaşdırmasına münasibət bildirərkən deyib.

AMİP funksionerinin sözlərinə görə, istər siyasətdə, istərsə də digər sahələrdə gəncləşmə getməlidir: "Çünki gənclik yaşlı nəslə nisbətən daha fəal, sərbəst olur. Bir sözlə, bu gənclər yeniliyə can atmaqda maraqlıdırlar. Ona görə də gənclərin bütün düşərgələrdə, sahələrdə irəli çəkilməsi daha yaxşı olardı. Ümumiyyətlə daimi heç nə yoxdur. Həyat öz dinamikliyi ilə davam edir".

Ə.Orucov deyib ki, hər bir gəncin siyasi maraqlarının içərisində onun şəxsi maraqları, kariyerası da olur: "Əgər gənc görürsə ki, AXCP-də onun üçün prespektiv yoxdu və sərbəst fəaliyyəti üçün heç bir imkan yaradılmır o, başqa yerlərə də üz tutmalıdır. Bizim gənclər daha pozitiv düşünürlər. Onlarda vətənpərvərlik hissi ilə pozitivlik bir-birini tamalayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə