100-ə yaxın etnik çex Ukraynadan öz tarixi vətənlərinə geri dönmək ərəfəsindədirlər. SİA xəbər verir ki, bu barədə "radiomayak" Çexiya radiosuna istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Zaporojye vilayətinin Çexoqrad kəndini onlarla çex tərk etmək ərəfəsindədir. Belə ki, bu ərazi çexləri qaynar nöqtədən 200 km ayırır.
Çexlərin qaçqın düşməsinə səbəb kimi iqtisadi böhran, silahlı münaqişə göstərilir. Çexiya hakimiyyəti isə söz verib ki, öz soydaşlarının yaşayış yerinin tənimatı, işə düzəlməsi və səhiyyə sığortası üçün hər bir yardımı göstərəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB