ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett bildirib ki, onun ölkəsi Ukrayna silahlı qüvvələrinin hərbi-məşq toplantıları üçün 120 milyon dollar vəsait ayıracaq. SİA xəbər veirr ki, bu barədə "dialog.ua" saytı yazıb. Həmin vəsaitlərin eyni zamanda havada istifadə olunan silahların təmin olunmasına da aid edilməsi barədə dəqiq heç nə deyilməyib.
Payett onu da qeyd edib ki, Donbasdakı (Donetsk-red.) silahlılar Rusiya ordusunun davamı kimi qəbul edilməlidir: "Ukraynanın Şərqindəki silahlılar faktiki olaraq Rusiya hərbi qüclərinin davamı, o cümlədən həmin ölkənin dövlət gücünün alətidirlər".
Səfir bu yaxınlarda Debaltsevoya və Uqleqorska hücumlar arxasında da, məhz Rusiyanın əli olduğunu bəyan edib: "Rusiyanın hərvi qüvvələri Şərqi Ukraynada güclü hərbu struktur yaradıb. Burada savaşa nəzarət edən generallardan tutmuş, kiçik ranqlı zabitlərə qədər rusiyalı hərbçilər var. Onlar kəşfiyyat məlumatlarının toplanması, operativ rəhbərlik, eləcə də artilleriya atəşlərinin korrektəsində yaxından iştirak edirlər. Yaxınlarda Debaltsevoya və Uqleqorska olan hücumlar arxasında da məhz Rusiyanın əli var".
Qeyd edək ki, ABŞ-la yanaşı, digər bir neçə nüfuzlu Qərb ölkələri də Ukraynada separatçıların məhz Rusiya hərbi qüvvələri tərəfindən idarə olunduqlarını iddia edirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB