Dünya Xəbər Agentliklərinin rəhbərləri Fəxri Xiyabanda olub

Dünya Xəbər Agentliklərinin rəhbərləri Fəxri Xiyabanda olub

Bu gün Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, ilk öncə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbəri Aslan Aslanov başda olmaqla konqres iştirakçıları Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib abidəsi önünə gül dəstəsi qoyublar. Daha sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub. Qonaqlar sonra Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin məzarını ziyarət edib və əbədi məşəl abidəsinin önünə əklil qoyular. Daha sonra şura üzvlərinin "Four Seasons" Hotelində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşü planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə