"Sumqayıtda törədilənlər SSRİ xüsusi xidmət orqanlarının və Ermənistanda müəyyən dairələrin əvvəlcədən planlaşdırdıqlarının reallaşması idi". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı Sumqayıt hadisələrindən danışarkən deyib.
Millət vəkilinin sözlərinə görə, Sumqayıt hadisəsini sumqayıtlılar törətməyiblər: "Bu hadisəni ermənilər törədiblər. Bununla onlar göstərmək istəyirdilər ki, Azərbaycanlılarla bir yerdə yaşaya bilməzlər. Azərbaycanlılar guya, erməniləri qırırlar. Son məqsəd isə Azərbaycanın Dağlıq Qarabağ regionunu Azərbaycandan qopartmaq idi. Hər şey əvvəlcədən planlaşdırılmışdı. Ermənilər bu hadisələrdən əvvəl banklarda olan pullarını geri çəkmişdilər. Hadisələr zamanı onlar video-çəkilişlər aparırdılar. Ermənilərdən ibarət cinayətkar şəxslər Sumqayıt hadisələrində iştirak etmişdilər. Onlardan biri isə erməni Eduard Qriqoryan idi. Sumqayıt hadisəsi həm də Azərbaycana mərkəz tərəfindən təzyiq vasitəsi kimi düşünülmüşdü".
Qeyd edək ki, bu gün Sumqayıt hadisələrindən 27 il ötür. 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB