Akif Nağı: “Bir ovuc erməninin girovları əllərində saxlamağa cəsarəti yoxdur”
"Qondarma rejim tərəfindən girov götürülmüş azərbaycanlılara qurulan "məhkəmə"ni Azərbaycana qarşı təxribat və beynəlxalq hüquqa, təşkilatlara meydan oxumaq kimi dəyərləndirmək olar". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.
Girovların azad edilməsi ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovun, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın, ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışlarının olduğunu xatırladan A. Nağı deyib ki, bütün bunlara baxmayaraq ermənilər heç kimi saymırlar və deyirlər ki, girovları qaytaran deyilik: "Hesab edirəm ki, bu oyunbazlıqdır. Çünki, Dağlıq Qarabağdakı bir ovuc erməni və Ermənistanın girovları əllərində saxlamağa cəsarətləri yoxdur. Ona görə də bu hadisənin baş verməsində əsas məsuliyyət ABŞ və Rusiyanın üzərinə düşür. Hər ikisi sözdə guya, Dağlıq Qarabağ məslənin həllinə tərəfdardırlar, amma həqiqət bundan ibarətdir ki, münaqişəni onların özləri yaradıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB