"Ümumiyyətlə mən ehtimalla danışmaq istəmirəm. Razi Nurullayev kifayət qədər ictimailəşmiş adamdır. O, hansı addım atacağını özü müəyyən edir". Bunu SİA-ya sabiq müsavatçı, Azərbaycan Demokratiya və Rifah hərəkatı (ADR) təşkilat komitəsinin üzvü Səxavət Əlisoy AXCP-nın sabiq sədr müavini Razi Nurullayevin hərəkata üzvülük məsələsinə münasibət bildirərkən deyib.
Sabiq müsavatçı deyib ki, biz ADR hərəkatı olaraq qarşımıza konkret o məqsəd qoymamışıq ki, R.Nurullayev hərəkata gəlsin və yaxud gəlməsin: "Yəni biz ADR hərəkatı olaraq bu cür addımlar atmırıq. Əgər kimlərsə hansı partiyanı tərk edirsə, istefa verirsə, biz düşünmürük ki, onları öz hərəkatımıza cəlb edək. Biz ADR hərəkatına o kəslərin cəlb olunmasını arzulayırıq ki, həmin şəxslər bolşevik şüarlar səsləndirməsin, populizmdən uzaq olsunlar. Yəni onlar intellektə söykənən addımlar atsınlar".
S.Əlisoy AXCP-nin bundan sonrakı fəaliyyətini belə gördüyün dedi: "AXCP-nin rəhbərliyində yaxından tanıdığımız kifayət qədər dostlarımız var. Düşünürəm ki, Müsavat partiyasında bu gün baş verən proseslər bir müddətdən sonra AXCP-də də özünü büruzə verəcək. Orada da eynilə Müsavat partiyasında olduğu kimi o partiyaya radikal qanad adı gətirən insanlar var. Həmin radikal qanadla intellektual şəxslər arasında böyük "lal narazılıq" var. Fəqət, onlar bu "lal narazılıq"ı konservləşdirmək istiqamətində uzun müddət buna nail ola bilməyəcəklər. Bu, Azərbaycan müxalifətində elə bir prosesdir ki, şüarçılıq və intellekt mütləq üz-üzə gəlir. Burada hər kəs öz yolunu daha qəti şəkildə müəyyən etmək istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB