Latviyada Xocalı qurbanları anım mərasimi və yürüşlə anılıb FOTOLAR
Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dəstəyi, eyni zamanda təşkilatçılığı ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində anım tədbiri keçirilib. Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Latviyadakı Fövqaladə və səlahiyyətli səfiri Elman Zeynalov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fuad Kərimov, Latviya parlamentinin azərbaycanlı deputatı Roman Naudiniş, Azərbaycan diasporunun üzvləri, latviyali iş adamları və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan səfir 1992-ci il fevralın 26-da Xocalıda Ermənistan silahli qüvvələri tərəfindən törədilmiş vəhşiliklər haqqında dolğun məlumat verib.
Daha sonra çıxış edən Latviya parlamentinin deputatı Roman Naudiniş, Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı faciəsi qurbanlarının xatirəsinin ehtiramla yad edildiyini deyib və soyqırımla bağlı dostluq qrupunun qəbul etdiyi bəyanatı Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalova təqdim edib.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fuad Kərimov 26 fevral – Azərbaycan xalqı ücün çox kədərli bir gün olduğunu qeyd edərək, soyqırımının tanıdılması məqsədilə Latviyanın media geniş təbliğat aparıldığını diqqətə çatdırıb.
Latviyada təhsil alan azərbaycanlı tələbələr adından tədbirdə çıxış edən və əslən şuşalı olan Azər Abbasov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ailəsinin üzləşdiyi çətinliklər barədə danışıb.
Daha sonra tədbir iştirakçılarına ilk dəfə olaraq latış dilində həzin Azərbaycan muğamı səsləndirilib və soyqırımdan bəhs edən film nümayiş etdirilib.
Bundan başqa, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Latviyada yaşayan azərbaycanlılar Riqada yürüş də keçirib. Latviyanın Azərbaycanlı Gənclər Hərəkatının üzvləri, "AZƏRİ" Gənclər Təşkilatı, habelə ölkədə təhsil alan əcnəbi tələbələr Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildirmək və dünya ictimaiyyətinin diqqətini erməni terrorçuları tərəfindən törədilən bu bəşəriyyət əleyhinə cinayətə yenidən cəlb etmək üçün bir yerə toplaşıblar. Riqanın əsas küçələrindən keçən aksiya iştirakçıları ingilis və Azərbaycan dillərində "Xocalıya ədalət!", "Biz ədalət istəyirik!" şüarlarını səsləndiriblər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB