Rövşən Rzayev: “Minsk qrupu ciddi yanaşmalarla məsələnin həllinə çalışmalıdır”
"Azərbaycanın ərazi bütövlüyü ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları prosesində təmin olunacaq. Ona görə də ATƏT-in Minsk qrupu mütləq qaydada öz fəaliyyətini davam etdirməlidir. Bu fikirləri SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Millət vəkili bildirib ki, ATƏT-in Minsk qrupu ədalətsiz bəyanatlarla yox, daha ciddi yanaşmalarla məsələnin həllinə çalışmalıdır: "Yaxşı olardı ki, Fransa Minsk qrupu çərçivəsində Fransa diplomatiyasının, siyasətini yox, bütün Avropa dövlətlərinin mövqeyindən çıxış etsin. Yəni bu istiqamətdə işlər aparıla bilər. Eyni zamanda ATƏT-in Minsk qrupunda təmsil olunan 11 dövlətin hamısının problemin həllində yaxından iştirak etməsi yaxşı olardı. Belə olsa, danışıqlar prosesi də öz töhfəsini verə bilər".
R. Rzayev hesab edir ki, bu istiqamətlərdə addımlar atılsa, Minsk qrupu daha ciddi, ədalətli mövqeyə gələ bilər: "Bu hal olsa Ermənistan da məcbur olar və daha konstruktiv mövqe tutar. Düşünürəm ki, bu proses yaxın gələcəkdə öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB