Razi Nurullayev: “Əli Kərimli öz ətrafında şəxsiyyətə pərəstiş yaradıb” AÇIQLAMA
"Mən öz siyasi təşkilatımı qurmaq istəyirəm". Bunu SİA-ya AXCP-nin sabiq sədr müavini Razi Nurullayev deyib.
AXCP-nin sabiq sədr müavinin sözlərinə görə, hələ siyasi təşkilatın formatı ilə bağlı qəti qərar qəbul edilməyib: "Bu barədə dostlarımla məsləhətləşmələrim davam edir. Ümid edirəm ki, yaxın zamanlarda bunu elan edə biləcəyik. Çünki hələ bunun detalları tam olaraq məlum deyil. Bircə onu deyə bilərəm ki, yaranacaq siyasi təşkilat müxalifətdə olan və fəal siyasət aparan bir təşkilat olacaq".
Razi Nurullayev AXCP-nin bundan sonrakı fəaliyyətini belə xarakterizə etdi: "Əli Kərimli artıq partiyanı əvvəlki kimi idarə edə bilmir. O, öz ətrafında şəxsiyyətəpərəstiş yaradıb. Həmin şəxsiyyətəpərəstiş isə get-gedə artıq azalmaqdadır. Mən ümumiyyətlə Əli Kərimlinin siyasi fəaliyyətini çox qaranlıq görürəm. Çünki bu şəxs bütün seçkilərdə uduza-uduza gedir və ortalıqda da heç bir nəticə yoxdur. Beləcə Ə.Kərimli vermiş vədləri də yerinə yetirməmiş olur. Bu cəhətdən AXCP sədri partiyanın gəncləşmə siyasəti adı altında da həmin o məqsədini güdür. Artıq cəbhədə olan insanlar Əli Kərimlinin işıqlı bir siyasət quracağına, onları işıqlı bir gələcəyə aparacağına inanmır. Buna görə də partiyada ciddi göstəriş verilib ki, gəncləşmə aparılsın və köhnə cəbhəçilər yeniləri ilə əvəz olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB