Bu gün erməni hərbçilərinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 23 ili tamam olur. SİA-nın məlumatına görə, əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri həmin hadisələr haqqında öz düşüncələrini belə ifadə etdilər:
.jpg)
YAP GB-nin sədr müavini Samirə Quliyeva: "Bu gün dünyanın bir neçə ölkəsi Xocalı soyqırımını tanıyıb: "Amma biz yenə də həyata keçirdiyimiz tədbirləri daha mütəşəkkil qaydada etməliyik ki, dünya bu məsələyə ikili standartlardan yanaşmasın və buna etirazımızı bilsinlər. Gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsinə yönəlmiş bu tədbirlər həm də ona görə lazımdır ki, biz tarixi özümüz yazaq və unutmayaq. Beləcə soydaşlarımızı anaq və onların ruhuna hər zaman rəhmət oxuyaq. Bununla belə, soyqırım gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır ki, bu tarix unudulmasın və təkrarlanmasın. YAP GB-nin həyata keçirdiyi tədbirlər sırasında fotosərgilər, rəsm sərgiləri, eləcə də eleketron mail ataktlar həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına bizim gənclər də çox yüksək ruhla dəstək verir. Düşünürəm ki, bu gündən sonra da biz hər zaman bu soydaşlarımızı hörmətlə anacayıq. Bütün dünya bilsin ki, ədalət zəfər çalacaq. Biz haqqı, haqq isə öz yerini tapacaq".
.jpg)
YAP GB Ofisinin rəhbəri Əli Pənahov: "YAP GB Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir çox layihələr həyata keçirir. Təbii bununla bağlı email ataklarımız var. Biz gün ərzində 2 mindən artıq AŞPA-ya, Avropa Birliyinə, ATƏT-in Minsk qrupuna və digər böyük təşkilatlara email ataklar göndəririk. Bundan əlavə, 20 mindən çox broşür flayerlər çap olunaraq əhalinin, eləcə də turistlərin daha çox sıx olduğu məkanlarda onlara təqdim edirik. Məqsədimiz isə bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Biz bu minvalla istəyirik ki, Azərbaycandan kənarda olan vətəndaşlar və digər ölkələrin vətəndaşları Xocalı soyqırımı hadisəsindən xəbərdar olsunlar və həqiqətləri bilsinlər. Bununla belə, biz bir çox xarici dillərdə - ingilis, fransız, rus, ispan və s. bu həqiqətləri çap etdirmişik və digər sosial şəbəkələrdə də paylayırıq. Əminəm ki, biz bu həqiqətləri gec-tez dünya ictimaiyyətinə çatdıracayıq. Biz hədəfimizə, məqsədimizə çatana kimi dayanmamalıyıq əksinə Azərbaycan gənci birləşib gücünü bir hədəfə vurmalıdır. Ali Baş Komandan, cənab İlham Əliyev əmr verərsə, biz bu yolda ölməyə hər zaman hazırıq".

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov: "Bu gün Azərbaycan xalqının həm hüzünlü, həm də ağır bir günüdür. Biz bu hadisələri nəinki fevralın 26-da, eləcə də Xocalı soyqırımında həlak olan insanların qanını alana qədər hər gün matəm kimi yad etməliyik. 613 nəfərin faciəvi şəkildə həlak olması biz azərbaycanlıları, gəncləri bu mövzuya toxunmağa vadar edir. Biz çalışmalıyıq ki, dünya ictimaiyyətinə bu soyqırımı çatdıraq və onları maarifləndirək. "Xocalıya ədalət" gec-tez baş verəcək və cinayətkarlar da ədalət məhkəməsi qarşısında cəzalandırılacaqlar. Mən bir daha belə bir hadisənin Azərbaycan xalqının başına gəlməməsini arzu edirəm. İnanıram ki, Azərbaycanın üçrəngli bayrağını Xocalıya, Xankəndinə, Şuşaya sancan əsgərlərimiz və gənclərimiz olacaq".
.jpg)
YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov: "Əslində bu haqda danışmaq çox çətindir. Bu o demək deyil ki, Xocalı mənim yaşımdadır. Əslində Xocalı bu gün mənəm, böyüklərimiz və hər birimizdir. Məktəbdə, universitetdə oxuduğumuz illərdə, eləcə də YAP GB-nın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirlərdə böyüklərimizin dediyi sözlər bizi biranlıq Xocalıda yaşadır. Əslində fevral ayı Azərbaycan üçün ən acınacaqlı və üzücü aylardan biridir. Biz Xocalını öz böyüklərimizdən gördüyümüzü kimi gənclərimizə, bizdən kiçiklərə, qardaş və bacılarımıza elə yaşatmalıyıq ki, onlarda yazın bir ayında və yaxud yayın ən istisində daxilində bir qış, soyuq, qar hiss etməlidir. Azərbaycan üçün bəzən təbiət də bir qəribədir. Biz qar gözləyirik bəzən isə heç qar da yağmır. Ölkə başçımızın ətrafında sıx birləşərək, "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın hər yerində Xocalının tanıdılmasını dəstəkləməliyik".
.jpg)
YAP GB-nın üzvü Nigar Qasım: "Bu gün Azərbaycan xalqı, gənci, bir sözlə uşağından böyüyünə kimi hər kəs Xocalıdandır. Eləcə də bu gün hər kəs Xocalının səsini dünyaya eşitdirmək istəyir və bu soyqırımdan danışır. Bu gün hər kəs o acını hiss etməsə də, onu hiss etdirmək istəyir. Necə ki, onlar xarici ölkələrdə televiziyaya baxanda hər hansı bir soyqırımı görəndə ürəyləri ağrayırsa indi görsünlər ki, Azərbaycan xalqı hər il bu dəhşəti, uşaq meyidlərini görəndə nələr çəkir. Dünya bizim səsimizi eşitməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB