Vüqar Əliyev şöbə müdirinin müavini təyin edildi SƏRƏNCAM

Vüqar Əliyev şöbə müdirinin müavini təyin edildi SƏRƏNCAM

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub. SİA-nın xəbərinə görə, Vüqar Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, V.Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır. 2005-ci ildən İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə