86% rusiyalı Putinin siyasətini dəstəkləyir SORĞU

86% rusiyalı Putinin siyasətini dəstəkləyir SORĞU

Rusiya Federasiyasının əhalisinin 86%-i ölkənin prezidenti Vladimir Putinin siyasətini dəstəklədiklərini bildiriblər. SİA xəbər verir ki, bu barədə "Levada-Sentra" sorğu mərkəzi fevral ayına görə gəlinən nəticələri ictimailəşdirərkən bəyan edib. Sorğuda Rusiyanın 46 regionundan 1,6 min nəfər iştirak edib. Ümumilikdə isə 86 % sorğu iştirakçıları dövlət başçısının fəaliyyətini bəyəndiklərini deyərək, ötən ay keçirilən sorğunun nəticələrini üstələyiblər. Belə ki, yanvar ayında Putini dəstəkləyənlər 85%-i əhatə edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə