Gənclər ”Xocalı harayı" abidəsinə yürüş ediblər

Gənclər ”Xocalı harayı" abidəsinə yürüş ediblər

Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Xocalı harayı" abidəsi xalq tərəfindən ziyarət olunur. SİA-nın məlumatına görə, abidəni Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də dərin hüznlə ziyarət ediblər. Onlar Azərbaycan bayraqları və "Xocalıya ədalət" yazılmış plakatlarlarla Xocalı prospekti boyunca yürüş edərək abidəni ziyarət ediblər. Xocalıda şəhid olan həmvətənlərimizin abidəsi önünə YAP GB adından əklil qoyaraq şəhidlərimizin ruhları qarşısında baş əyiblər.

YAP GB-nin sədr müavini Samirə Quliyeva bildirib ki, bu gün dünyanın bir neçə ölkəsi Xocalı soyqırımını tanıyıb: "Amma biz yenə də həyata keçirdiyimiz tədbirləri daha mütəşəkkil qaydada etməliyik ki, dünya bu məsələyə ikili standartlardan yanaşmasın və buna etirazımızı bilsinlər. Gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsinə yönəlmiş bu tədbirlər həm də ona görə lazımdır ki, biz tarixi özümüz yazaq və unutmayaq. Beləcə soydaşlarımızı anaq və onların ruhuna hər zaman rəhmət oxuyaq. Bununla belə, soyqırım gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır ki, bu tarix unudulmasın və təkrarlanmasın. YAP GB-nin həyata keçirdiyi tədbirlər sırasında fotosərgilər, rəsm sərgiləri, eləcə də eleketron mail ataktlar həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına bizim gənclər də çox yüksək ruhla dəstək verir. Düşünürəm ki, bu gündən sonra da biz hər zaman bu soydaşlarımızı hörmətlə anacayıq. Bütün dünya bilsin ki, ədalət zəfər çalacaq. Biz haqqı, haqq isə öz yerini tapacaq".

Xocalı abidəsini ziyarət edən gənclər bildirdilər ki, bu tarix Azərbaycan xalqını dərk etdirən, xalqımızın kimliyini tanıtdıran tarixlərdən biridir: "Hər dəfə bu abidəni ziyarət edəndə milləti millətə tanıdan o insanların ruhunu yad etdikcə qürurlanırıq. Öz qanlı tariximizlə fəxr edirik ki, bizim insanlarımız öz qəhramanlıqları ilə şəhid olublar".

Bütün xəbərlər Facebook səhifəmizdə