Qəzetlərin qiyməti bahalaşıb? AÇIQLAMA

"Baş redaktoru olduğum qəzetin satış qiymətində heç bir dəyişiklik edilməyib". Bu fikirləri SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli manatın dollara nisbətdə ucuzlaşmasından sonra qəzetlərinin qiymətində artımın olub-olmaması barədə fikirlərini şərh edərkən deyib.

Baş redaktor deyib ki, əvvəlki qaydada tirajları da, qiymətləri də dəyişilməz olaraq qalmaqdadır: "Amma qiymət dəyişimi qəzetin özündən daha çox mətbəədən asılı olan məsələdir. Əgər mətbəələr qiyməti qaldırmayacaqsa, bu da təbii ki, qəzetlərin qiymət artımına təsir göstərməyəcək. Bunlar bir-biri ilə sıx bağlı olan məsələdir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə