"Rəsmi məlumatlara görə, İran ərazisində 35, qeyri-rəsmi məlumatlara görə 40 milyon azərbaycanlı yaşayır. İran müsəlman, şiə dövləti olduğunu bəyan edir. Biz əgər müsəlman, qardaşıqsa, şiəyiksə, İranla Ermənistan arasında isti münasibətlərin mənasını anlaya bilmirik". SİA-nın məlumatına görə, bunu jurnalistlərə İran-Ermənistan münasibətlərindən danışan Milli Məclis sədrinin birinci müavini Ziyafər Əsgərov deyib.
Z. Əsgərov qeyd edib ki, iranlı rəsmilərlə görüşlərdə də bu məsələ qaldırılır: "Biz iranlı həmkarlarımızla, parlamentin deputatları ilə bu məsələni dəfələrlə qaldırmışıq. Biz əgər doğrudan da qardaş, müsəlman dövlətiksə, biz İranın Ermənistanla bu isti münasibətinin mənasını anlaya bilmirik. Amma onlar bizə deyirlər ki, bu bizim müstəqil siyasətimizdir".
Z. Əsgərov qeyd edib ki, ona görə də Azərbaycan da buna qarışmır: "Bu onların müstəqil dövlət siyasətidir. Düzdür bəzən deyirlər ki, siz niyə İsraillə dostluq edirsiniz? Amma bu da bizim daxili işimiz, müstəqil siyasətimizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB