"Ukrayna böhranının həll edilməsi ilə bağlı mövcud vəziyyət ümidverici deyil". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, tərəflər hələ hər hansı bir kompromisə getmək fikrində deyil: "Burada konkret Rusiyanın və Ukraynanın maraqları var. Onların maraqlarının uzlaşdırılması istiqamətində hər hansı bir real məqamlar görünmür. Danışıqlar nəticəsində əsirlərin dəyişdirilməsi ilə bağlı bir mexanizmin razılığı əldə olundu. Amma, məsələnin əsas mahiyyəti, yəni münaqişəsinin həlli istiqamətində real nəticə yoxdur".
Politoloq hesab edir ki, hazırkı reallıqlar fonunda Ukrayna ətrafında baş verən münaqişənin tezliklə həlli mümkün deyil: "Çünki, Rusiyanın istəyi Ukraynanı federallaşdırmaqdan ibarətdir. Burada söhbət tanınmayan "respublikaların" gündəmdən çıxmasından getmir. Rəsmi Kiyev isə bu qondarma qurumları qəbul etmir və qəbul etmək istəməyəcək. Hesab edirəm ki, hələlik ortada real bir məqam yoxdur ki, ona əsaslanıb münaqişə ətrafında irəliyə doğru addım atıldığını deyək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB