Çavuşoğlu Fəxri Xiyabanda oldu FOTO

Çavuşoğlu Fəxri Xiyabanda oldu FOTO

Bakıda rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fəxri xiyabanda olub. SİA-nın xəbərinə görə, Türkiyənin XİN başçısı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra Şəhidlər xiyabanına gəlib, "Əbədi Məşəl" kompleksinin önünə əklil qoyub. Çavuşoğlu həmçinin Türk Şəhidliyini də ziyarət edib.

Xatırladaq ki, fevralın 24-dən Bakıda səfərdə olan Mövlüd Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə