Rusiyameylli separatçılar Donetskdə (Donbas-red.) olan bütün münaqişə ərazilərində, o cümlədən, cəbhə xətti boyu yenidən qruplaşmağa başlayıblar. SİA "unian.net"ə istinadən xəbər verir ki, separatçılar əsasən, Bryank-Staxanov-Mariupolsk istiqamətində zirehli texnikalarını və canlı qüvvələrini ön mövqelərə yerləşdirirlər. Bu barədə "İnformasiya müqaviməti" təşkilatının sədri, deputat Dmitri Tımçuk "Facebook" səhifəsində informasiya verib.
"Digər tərəfdən, Oktyabr, Zaiçenko, Bezımyannoye yaşayış massivlərində də həmin qüvvələrin toplanması müşahidə olunur"- deyə, qeyd edən Tımçuk həmçinin bildirib ki, zirehli texnikaların daha bir hissəsi Telmanovo massivinin şimalından, Rusiya Federasiyasının ərazisindən daxil olur. Onun sözlərinə görə, qeyd edilən mövqelərdə 550-600 silahlı var. Həmçinin, 15 tank, 25 BBM, 20 yük maşını, eləcə də artilleriyaya aid olan 15 ədəd müxtəlif çaplı ağır toplar və s. texnikalar münaqişə zonasında müşahidə edilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB