rn Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə fiziki qüsurlu gənclərin Xocalı faciəsini özündə əks etdirən foto sərgi ilə tanış olublar. Soyqırımın qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra sənədli film nümayiş etdirlilb.
rn Azərbaycanın Milli Qəhərmanı Əlif Hacıyevin dəstəsində döyüşən, Xocalı sakini Nazim Hüseynov çıxışı zamanı öz xatirələrini gənclərlə bölüşüb. O qeyd edib ki, ermənilər tərəfindən Azərbaycana qarşı törədilən terrorçuluq əməllərindən, insanlığa qarşı cinayətdən danışanda indi də damarımda qanım donur: "Bu faciə bəşər tarixinin ən anlı faciəsidir. Bunun üçün də o illərin canlı şahidləri mütəmadi olaraq gənclərlə görüşməli, şahidi olduqlarını gənclərə çatdırmalıdırlar. Çatdırmalıdrlar ona görə ki, bu tarixi heç zaman unutmayaq. Hər bir Azərbaycan gənci tariximizə sahib çıxmalı, "erməni soyqırımı" iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasında aktiv olmalıdır. Soyqırımının dünyada rəsmən tanıdılması üçün işlərin genişləndirilməsi və sürətləndirilməsi vacibdir".

.jpg)



.jpg)
.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB