Siyavuş Novruzov: “Xalqın maraqlarını qorumaq bu hökumətin çiynindədir”
"Burada dərhal bəyanat verməyə ehtiyac yoxdur, hökumət bunu hesablayır və təqdim edəcək. Hökumətin Milli Məclisdə hesabatı olacaq. O zaman biz görəcəyik ki, hansı addımlar atılıb. Ona görə də bir saatın içində bir məsələ belə oldu, bir məsələ belə getdi, bunu bu cür yozmaq olmaz". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Bankın 21 fevral qərarının müzakirəsi zamanı deyib.
S. Novruzov deyib: "Bu ancaq populizmdir və populizmdən də kimlərsə nəsə qazanmaq istəyirsə, mənasız bir şeydir. Hesab edirəm ki, real iqtisadi faktorlara əsaslanıb, məsələnin həllini hökumət öz borcudur. Xalqın maraqlarını qorumaq bu hökumətin çiynindədir. O baxımdan da hökumət öz addımlarını atacaq".
S. Novruzov qeyd edib ki, ermənilər qondarma "erməni soyqırımı"nın 100 illiyinə hazırlaşır: "Belə olan təqdirdə bu qondarma soyqırımın yalan olduğunu dünyaya sübut edə biləcək yeganə hadisə Xocalı Soyqırımıdır. Çünki, indiyə qədər Türkiyə tərəfindən təklif olunub ki, arxivlər açılsın və sənədlər üzərində müzakirələr aparılsın. Lakin Ermənistan tərəfi bundan qaçıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB