Milli Məclisdə Xocalı soyqırımı qurbanları anılıb

Milli Məclisdə Xocalı soyqırımı qurbanları anılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasında Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SİA-nın məlumatına görə, çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Xocalı Soyqırımı 20-ci əsrin sonlarında insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.

Onun sözlərinə görə, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin qanlı səhifəsidir: "Bu kütləvi qırğından əvvəl Dağlıq Qarabağda bir sıra məntəqlərdə yaşayan azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımı öz miqyasına görə, bu cinayətlərin ən dəhşətlisidir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı Soyqırımı günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.

Spiker deyib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı Soyqırımının dünya miqyasında tanıdılması üçün görülən tədbirlər geniş vüsət alıb: "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu məsələdə Azərbaycan verilən beynəlxalq dəstək daha da güclənir".

O. Əsədov vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevin rəhbərliyi ilə aparılan "Xocalıya Ədalət" beynəlxlaq kampaniyası real və konkret nəticələr verir.

Bütün xəbərlər Facebook səhifəmizdə