Millət vəkili: “Azərbaycan ATƏT-in Minsk qrupu formatından imtina etməlidir”
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda tərəflər nisbət dördün birədir. Yəni, Ermənistan, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bir tərəfdə Azərbaycan isə təkbaşına". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili deyib ki, Dağlıq Qarabağda qurulan qondarma rejimi həmin üç dövlət yaradıb: "Bu qurumu onlar yaradıblar, onlar saxlayırlar, onlar dəstəkləyir, onlar havadarlıq edirlər. Bizim başımızın altına isə sülh danışıqları yastığını qoya-qoya həmin cinayətkar qurumun ömrün uzadırlar".
"Bu qrupun yeni adı ATƏT-in İrəvan qrupdur. Onlar regiona son səfərləri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşmədilər. Ancaq, separatçıların "rəhbərliyi" ilə görüşməyə vaxt tapırlar"- deyə, millət vəkili bildirib.
E. Məmmədov hesab edir ki, Azərbaycan ATƏT-in Minsk qrupu formatından imtina etməlidir: "Bu dövlətlərin hər üçü ermənilərə Azərbaycanın tarixi torpaqlarında dövlət yaradılmasında fəal iştirak ediblər. Bu gün də erməni işğalını dəstəkləyirlər. Biz bunlardan hansı haqq ədaləti gözləyə bilərik?"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB