Aydın Hüseynov: “Vətəndaşlarımız heç bir panikaya qapılmasınlar” AÇIQLAMA
"Manatın dollara nisbətən qiymətindəki dəyişiklik qiymətlərin artımına heç bir təsir göstərməməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov sadə vətəndaşların dolların bahalaşması ilə bağlı heç bir gərginliyə qapılmamasına münasibət bildirərkən deyib.
İqtisadçının sözlərinə görə, bizim milli valyutamız manatdır və bu, Azərbaycan Respublikasının ərazisində yeganə ödəniş vasitəsidir: "Yerli istehsalda qiymətin artırılması üçün heç bir iqtisadi əsas yoxdur. Azərbaycan dövləti və bununla məşğul olan müvafiq qurumlar bu işlərin tənzimlənməsi ilə məşğuldur. Yəni süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir. Bununla belə, manatın qiymətindəki dəyişiklik bu şənbə baş veribsə və xaricdən gələn mallar da həmin dövrə qədərdisə, yenə də malların qiymətinin qaldırılması üçün heç bir əsas yoxdur. Güman edirəm ki, elə bu tərzdə də bu tənzimlənəcək və müvafiq strukturlar öz vəzifəsini bu barədə yerinə yetirəcək".
A.Hüseynov sadə vətəndaşları heç bir panikaya qapılmamağa çağırıb: "Hesab edirəm ki, onların hər hansı bir gərginlik yaşamasının heç bir əsası yoxdur. Nə mənada? Çünki manatımız Azərbaycanda yeganə ödəniş vasitəsidir. Bu gün vətəndaşlarımızın istifadə etdikləri nəqliyyat, ərzaq məhsulları və s. hər biri yerli istehsaldır. Hər hansı süni qiymət artırıman mane yaradacaq hallar aradan qaldırılır"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB