Qərbin siyasətindən xaraba qalan dövlətlər AÇIQLAMA

Qərbin siyasətindən xaraba qalan dövlətlər AÇIQLAMA

"Ümumiyyətlə Avropa və ABŞ-ın Ukraynaya maddi və silah yardımı etməsi bu ölkənin xilası sayıla bilməz". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Avropada ancaq Polşa və Böyük Britaniya istəyir ki, Ukraynaya silah gəlsin: "Amma Fransa, Almaniya Ukraynanın silahlanmasının tamam əleyhinədirlər. Ukraynaya silah göndərmək əsasən ABŞ-ın marağındadır. Çünki Amerika Ukraynanı Rusiyaya qarşı böyük bir mübarizə meydanına çevirib. ABŞ siyasi və digər parametlər baxımından Ukraynadan istədiyini əldə edə bilmədiyinə və Rusiyanı məğlub edə bilmədiyinə görə indi çalışır ki, Ukraynada qarşıdurmanı bir qədər də böyüdüb müharibəyə çevirsin ki, bununla da Rusiyanı Ukraynadan qovub çıxarsın. Beləliklə, Rusiyanın bütün ambisiyalarını qırsın və onu MDB məkanında küncə sıxışdırsın. İndi avropalılar özləri başa düşürlər ki, xaraba qalan Ukrayna Avropanın özü üçün humanitar, siyasi, iqtisadi katastrof yarada biləcək. Əslində Qərbin apardığı siyasət nəticəsində çox dövlətlər (Əfqanıstan, İraq, Liviya və s.) xaraba qalıb. Bunların hər biri Avropa qitəsindən uzaqdadır. Ukrayna isə Avropa qitəsinin ortasındadır. Əgər Liviya, İraq xaraba qalıbsa, bundan Avropa o qədər ziyan çəkmir. Amma Ukrayna xaraba qalsa, orada müharibə getsə, həmin hadisələrdən Avropa birbaşa ziyan çəkəcək. Avropanın əksər dövlətləri Ukraynaya silah verilməsinin əleyhinədirlər. Düşünürəm ki, ABŞ nə yolla olur-olsun, Ukraynada hərbi münaqişə yarada biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə