Almaniyada Xocalı aksiyası keçirilir FOTOLAR

Almaniyada Xocalı aksiyası keçirilir FOTOLAR

Almaniyadakı Azərbaycan və Türk diaspor təşkilatları Bielefeld Universitetində Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırma kampaniyasına başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Alman Azərbaycan Mədəniyyət Cəmiyyəti, Atatürk Düşüncə Dərnəyi, Türkiyə Gənclik Birliyi və Türk Akademisyenlər Birliyi bu məqsədlə təhsil müəssisəsinin foyesində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş stend qurub. Azərbaycan, Türkiyə və Almaniya bayraqlarının asıldığı stenddə soyqırımından, eləcə də Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, erməni vəhşiliklərindən bəhs edən kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilir.

Təşkilatçılar gün ərzində universitetin tələbə və müəllimlərinə Xocalı soyqırımı haqqında məlumat verərək, onlara Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal, broşürlar paylayır.

Qeyd edək ki, fevralın 18-dən başlayan aksiya ayın 21-dək davam edəcək. Məlumatlandırma aksiyası yerli telekanalda geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə