Separatçılar yaşayış məntəqəsini ələ keçirdi

Dinc sakinləri qaynar nöqtədən çıxarmaq mümkün olmayıb
Separatçılar yaşayış məntəqəsini ələ keçirdi

"Ukraynanın silahlı qüvvələri Luqansk vilayətinin Popasnyansk rayonunun Mernuxino qəsəbəsini tərk ediblər və həmin əraziyə hazırda "Luqansk Xalq Respublikası"nın separatçıları nəzarət edirlər". SİA "unian.net"ə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin administrasiyasının rəhbəri Gennadi Moskal məlumat verib.

Moskal bildirib ki, adıçəkilən qəsəbədənin ərazisi 753 hektar ərazisi var və sülh zamanı orada 6 mindən çox əhali yaşayıb.

Eyni zamanda qeyd olunub ki, Debalsevoda baş verən bir neçə həftəlik silahlı qarşıdurmalardan sonra Mernuxino qəsəbəsi ilə əlaqə tamamilə kəsilib. Orada küçə döyüşləri gedib. Həmçinin, hərbi əməliyyatlar zamanı orada qalan dinc insanların təxliyyə olunması planları da nəticəsiz qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə