"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycanda radikal müxalifət partiya rəhbərləri ilə görüşməməsi həmin siyasi partiyaların ciddi qəbul etməməsi ilə bağlıdırr". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli deyib: "Bu həm ABŞ-ın ölkənin daxili siyasəti ilə bağlı məsələlərə daha ehtiyatlı mövqe nümayiş etdirməsi eyni zamanda Azərbaycanda baş verən proseslərə yenidən diqqət yetirərək ABŞ səfirliyinin siyahısında olan siyasi partiyaların hansı güc və potensiala malik olması barədə konkret fikrə gəlməsi ilə əlaqədardır. Bu isə həmin siyasi partiyaların ölkənin siyasi arenasında hər hansı bir nüfuza malik olmaması kimi qiymətləndirilə bilər".
"Ümumiyyətlə hər hansı bir ölkə rəsmisinin başqa bir ölkəyə səfər edərək oranın siyasi dairələri ilə görüş keçirməsi prinsip etibarı ilə mümkün olan bir məsələ olsa da, dünya praktikasında az-az rast gəlinir. Hesab edirəm ki, bu kimi tendensiyalar həmin ölkələrin daxili işinə müdaxilə etmək kimi dəyərləndirilə bilər. Çünki ayrı-ayrı ölkələrin siyasi partiyaları başqa ölkənin siyasi partiyaları ilə ikitərəfli əməkdaşlıq edə bilər. Amma dövlət rəsmiləri bilavasitə dövlət rəsmiləri ilə münasibətdə olmalıdırlar", – BAXCP rəsmisi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB