Müxbirimiz cəbhə xəttindən xəbər verir AÇIQLAMA

Müxbirimiz cəbhə xəttindən xəbər verir AÇIQLAMA

Müdafiə və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir sıra mətbuat nümayəndələri cəbhə bölgəsində olublar. SİA-nın məlumatına görə, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar səfər çərçivəsində Ağcabədi rayonundakı 1 saylı tam orta məktəbdə tədbir keçirilib. Cəbhə xəttində yerləşən məktəb şagirdlərində Vətən, xalq sevgisinin bir daha şahidi olduq. Ruh yüksəkliyi ilə müşahidə olunan təbdirdə məktəbin direktoru Qaryağdı Qarayev çıxış edərək şəhid Etibar İsmayılovun döyüş yoluna nəzər salıb.

Daha sonra 40-a yaxın KİV nümayəndəsi Ağdamın Kəmərli kəndində yerləşən orta məktəbdə olublar. Şagird və müəllim kollektivinin Xocalı Soyqırımı ilə bağlı fikirləri dinlənildi. Media nümayəndələri Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində, Tərtərin Qapanlı kəndi orta məktəbində və Tərtərdəki hərbi hissədə olmağı nəzərdə tutublar.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə