Britaniya hökuməti rəsmi Londonun bəyanatından sonra, Ukraynanın Şərqində yerləşdirilən Rusiyaya məxsus və ən müasir havadan müdafiə zenit-raket komplekslərinin ("SA-22") fotolarını ictimailəşdirib.
SİA Qərb mətbuatına istinadən xəbər verir ki, Britaniyanın xarici işlər nazirinin fikrincə, bu şəkillər bir daha rəsmi Moskvanın Ukraynadakı silahlı separatçılara dəstəyinin bariz sübutudur və Rusiya bilavasitə həmin separatçıların müvqeyini müdafiə edir. Belə ki, bu silahlar Ukrayna ordusunun istifadəsində deyil. Bu baxımdan, separatçılar zenit-raket komplekslərini döyüş vaxtı Ukrayna ordusunun əlindən ala bilməzdilər.
Fotolardakı tarix 24 yanvar və 5 fevral tarixlərini göstərir, silahların mövcud olduğu yer isə Şaxtyorsk və Donetsk şəhərləridir.
Fevralın 18-də isə NATO-unn baş katibi Yens Stlotenberq bəyan edib ki, Rusiya hərbçiləri, artilleriyası, eləcə də havadan müdafiə dəstələri əvvəlki kimi Ukraynada fəallıq göstərirlər.
Qeyd edək ki, Böyük Britaniyanın səfiri Adam Tomson Rusiya qarşısında tələb irəli sürərək bəyan edib ki, Rusiya Minskdə imzalanmış atəşkəs razılaşmasına əməl etməyə borcludur. Rəsmi Kreml isə Ukraynaya silah göndərməsi barədə irəli sürülən iddiaları rədd edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB