Musa Quliyev: “Bu şəxslərin maraqları ağalarına xidmət etməkdir” AÇIQLAMA

Musa Quliyev: “Bu şəxslərin maraqları ağalarına xidmət etməkdir” AÇIQLAMA

"Hesab edirəm ki, bu şəxslərin maraqları ancaq anti-milli, anti-dövlətçilik maraqlarına söykənir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "Milli Şura"nı Xədicə İsmayıl və Leyla Yunusla bağlayan məqamlara münasibət bildirərkən deyib

Deputatın sözlərinə görə, Xədicə İsmayıl və Leyla Yunusun maraqları yeganə olaraq ölkədən kənardakı ağalarına xidmət etmək və onlardan pul, qrant və müxtəlif dəstək almaqdır: "Bu mənada hesab edirəm ki, onların ayrı heçnəyi yoxdur. Dövlətə, millətə xəyanətdə, millətin maraqlarını satmaqda ittiham olunan adamları hansısa təşkilat müdafiə edirsə, deməli onların yolları birdir. Burada ayrı bir söhbət ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə